ƏƏSMN-in e-xidmətlərinə 11 ayda 9,5 milyon müraciət qeydə alınıb
- 10.12.2022, 15:41,
- Cəmiyyət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin 11 ayında 9,5 milyon müraciət qeydə alınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə e-təyinatlar davam edib. 219 min pensiya, müavinət, təqaüd təyinatı e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, həmçinin e-qaydada 195 min fərdi şəxsi hesab açılıb.
1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmələrin təyinatı e-sistem üzərindən aparılır. Bu istiqamətdə proaktiv qaydada 17,5 min təyinat həyata keçirilib.
Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.
Həmin qurumlar tərəfindən 11 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 190 milyon, servislər üzərindən mübadilə sayı isə 13,9 milyon olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: