• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Milli Kitabxanada “Akademik Akif Hacıyev” adlı virtual sərgi açılıb

Bu il Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan, görkəmli riyaziyyatçı alim, akademik Akif Hacıyevin anadan olmasının 85 illiyi tamam olur.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Akif Hacıyev” adlı virtual sərgi, həmçinin onun həyat və yaradıcılığını əhatə edən ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə akademikin elmi əsərləri, haqqında yazılan kitab və məqalələr nümayiş olunur. Ənənəvi kitab sərgisi isə bir həftə davam edəcək.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Akif_Haciyev/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, Akif Hacıyev 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun Funksiyalar nəzəriyyəsi şöbəsində kiçik elmi işçi kimi başlayıb. 1961-1967-ci illərdə elmi katib, 1967-1978-ci illərdə baş elmi işçi, 1978-1992-ci illərdə Həqiqi dəyişənli funksiyalar nəzəriyyəsi şöbəsinin müdiri olub.

Akademik 100-dən çox elmi əsərin və 4 monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında riyaziyyat üzrə 27 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. O, “Rəşadətli əməyə görə” medalı, “Əmək veteranı” medalı, həmçinin “Şöhrət” ordeni ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →