• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Mundialda edilən xəbərdarlıqların sayına görə rekord müəyyənləşib

Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin Niderland-Argentina oyununda göstərilən vərəqələrin sayına görə rekord müəyyən edilib.

AZƏRTAC “Opta Sports”a istinadla xəbər verir ki, hakim matç ərzində 15 xəbərdarlıq edib. Onlardan yeddisini hollandlar, səkkizini isə argentinalılar alıb.

Xatırladaq ki, əvvəlki rekord 2002-ci il dünya çempionatında Kamerun və Almaniya milli komandalarının matçında qeydə alınıb - o zaman 12 sarı və iki qırmızı vərəqə göstərilmişdi.

Qeyd edək ki, Niderland-Argentina qarşılaşmasının əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Oyunun əlavə vaxtında hesab dəyişməyib. Penaltilər seriyasında isə Argentina yığması daha güclü olub - 4:3.

Dünya çempionatının yarımfinalında Argentina Xorvatiya yığması ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →