• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Fərid Qayıbov: Güclü gimnastların yetişdirilməsi üçün ölkəmizdə hər cür şərait var

Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyi tamam olur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsindən sonra həyata keçirilən məqsədyönlü və səmərəli fəaliyyət sayəsində bu sahədə uğurlu inkişafın əsası qoyulub. Gimnastlarımız beynəlxalq arenalarda yüksək nailiyyətlər əldə ediblər. Perspektivli və güclü potensiala malik gimnastların yetişdirilməsi üçün ölkəmizdə hər cür şərait var. Bakıda dünyada analoqu olmayan Milli Gimnastika Arenası inşa olunub ki, burada həm gündəlik məşqlər keçirilir, həm də ən nüfuzlu yarışlardan olan dünya, Avropa çempionatları və digər beynəlxalq turnirlər təşkil edilir. Hazırda federasiyanın fəaliyyətinə 9 gimnastika növü daxildir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Şəkidə Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Şəkidə bildirib.

Nazir qeyd edib ki, bu il həm də Milli Olimpiya Komitəsinin 30 illik yubileyi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 25 ildir ki, quruma rəhbərlik etdiyini bildirən nazir vurğulayıb ki, ölkəmiz dünyanın ən qabaqcıl idman dövlətlərindən birinə çevrilib. Bakıda, eləcə də regionlarda ən müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, zallar və digər idman qurğuları inşa olunub. Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, eləcə də dünya, Avropa çempionatları və digər nüfuzlu yarışların keçirilməsi üçün hər bir şərait var.

Fərid Qayıbov yubiley tədbirində adlı-sanlı idmançıların iştirak etdiklərini bildirib. Qeyd edib ki, tanınmış gimnastlar Cesika və Cenifer Qədirovalar, eyni zamanda, Avropada ilin idmançısı seçilən Fərhad Ağacan və akrobatika üzrə dünyanın ən güclü komandası da tədbir çərçivəsində yarışa qatılıblar.

“Artıq regionlarda da yarışlar, turnirlər və digər idman tədbirləri tez-tez keçiririk. “Şuşa İli” çərçivəsində Şuşada da tədbirlər təşkil edilib. Federasiyalarda görüşlərdə tövsiyə edirik ki, ayrı-ayrı idman növləri üzrə yarışların regionlarda keçirilməsinə diqqət göstərsinlər. Bununla da bölgələrdə də həm idman növlərinin inkişafına, həm də kütləviliyə nail olarıq”, - deyə əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →