• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Rəşad Dağlı, Rəqsanə İsmayılova, Alim Qasımov - 2022-ci ilin ən səs-küylü toyları – SİYAHI + FOTO/VİDEO

Şou aləmi 2022-ci ildə həm də çal-çağırı ilə yadda qaldı. Demək olar ki, bu ilin hər ayı məşhurların övladlarının xeyir işi oldu. Kimi oğlunu evləndirdi, kimi qızını gəlin köçürdü, kimisi isə azyaşlı övladına kiçik toy etdi. Maraqlı və diqqətçəkən məqamlarla dolu toylar günlərlə, hətta aylarla müzakirə edilərək mətbuatın gündəmini zəbt etdi.

Baku.ws saytı bu il övladlarına təmtəraqlı toy edən məşhurların siyahısını hazırlayıb.

Gəlin görək bu il kim övladına harada və necə toy etdi?

2022-ci ilin ilk ən səs-küylü xeyir işi Xalq artisti Alim Qasımovun evində oldu. Fevralın 2-də sənətçinin qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladı Fatimə üçün vağzalı çalındı. O, Xalq artisti Natiq Şirinovun oğlu Ümidlə ailə qurdu. Dəbdəbəli məkanlardan birində keçirilən toyda pandemiya səbəbi ilə məclisə dəvət olunan qonaq sayına məhdudiyyət qoyuldu. Buna görə də Natiq Şirinov oğlu Ümidə əlavə olaraq iki gün də toy etdi.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →