• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu

Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu

Noyabrın 28-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Nadirov Fərid İlyas oğlunun ikinci ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olundu.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, İcra hakimiyyəti başçısı aparatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edirdilər.
Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılmış və məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndirmişlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Xatırladaq ki, şəhid Fərid Nadirov 21.09.2000-ci il tarixdə Göyçay rayonu Üngütlü kəndində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 28 noyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu
Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu
Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu
Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu
Şəhid Fərid Nadirovun ikinci ildönümü qeyd olundu
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →