• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

DİN Zəfər Günü ilə bağlı mərasim keçirdi

DİN Zəfər Günü ilə bağlı mərasim keçirdi

Noyabrın 5-də Akademik Milli Dram Teatrında Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Zəfər Günü ilə əlaqədar tədbir iştirakçılarına ünvanladığı təbrikləri və xoş arzuları onların nəzərinə çatdırılıb.

Mərasimdə çıxış edən Daxili Qoşunlar komandanının müavini, general-mayor İnqilab Muradov DİN hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adınna layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğunu qeyd edib.

Daha sonra çıxış edən DİN-in İdarə rəisi, polis polkovniki Elçin Məmmədli qeyd edib ki, hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər.

Tədbirin davamında çıxış edənlər - Daxili İşlər Nazirliyinin “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Dəstəsinin komandiri, “Zəfər” ordenli kapitan Anar Mahmudov, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş Hacıqabul Rayon Polis Şöbəsinin bölük komandiri, polis mayoru Elçin Bəhmənov, “Şuşanın azad olunması” medalı ilə təltif edilmiş DİN-in Əlahiddə Çevik Polis Alayının polis nəfəri, kiçik serjant Kənan Sultanov və digərləri istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsində DİN hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər. Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə DİN əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini qeyd ediblər.

Tədbirin sonunda “Zəfər yolu” tamaşası nümayiş etdirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →