• 22:33 – Vətən sevgisi 
  • 20:50 – Makronun Bakıdakı səfirini bu tərzdə çağırması… - Video 
  • 20:37 – Aprelin 23-dən 26-dək sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatı keçiriləcək. 
  • 16:03 – Lunyev “Qarabağ”dakı maaşından danışdı 

Cəlilabadda Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin xatirəsi anılıb

Cəlilabadda Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin xatirəsi anılıb

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup gənc "Şəhidimizin xatirəsinə" layihəsi çərçivəsində Göytəpə şəhərində Vətən müharibəsi şəhidi Tofiq Əmirlinin ailəsini, ev-muzeyini və məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidin xatirəsi anılıb, onun keçdiyi döyüş yolundan, müharibə meydanında göstərdiyi böyük şücaətdən danışılıb. Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərə diqqət və qayğının göstərildiyi, sonsuz ehtiramın olduğu bildirilib.

Görüşdə çıxış edən şəhidin atası Şəmsəddin Əmirli oğlunun xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü ifadə edib.

Ev-muzeyi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, Azərbaycanın qəhrəman əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş edib. İgid əsgər və zabitlərimiz Vətən müharibəsində elə bir şanlı tarix yazıblar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və şəhidlərimizin əbədiyaşar xatirələri daim yad olunacaq.

Diqqətə çatdırılıb ki, Vətəni qorumaq uğrunda döyüşə atılan və düşmənə sinə gərən Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək hər bir azərbaycanlının ən müqəddəs vəzifəsi və borcudur.

Qeyd edək ki, gizir Əmirli Tofiq Şəmsəddin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →