• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Naxçıvan-Bakı reysinin təyyarəsi texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

Naxçıvan-Bakı reysinin təyyarəsi texniki nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsi Bakı aeroportuna eniş edib.

Bu barədə bazar günü “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb. Təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →