• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Ombudsman mina təhlükəsi ilə bağlı çağırış edib

Ombudsman mina təhlükəsi ilə bağlı çağırış edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması məsələsi ilə bağlı çağırış edib.

Bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində mina qurbanlarının sayı artmaqda davam edir:
"Uzun illər ərzində Ermənistan tərəfindən işğal altında qalmış torpaqlarımızın minalanması nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanovun avqustun 20-də, Heydər Gülmalıyevin isə avqustun 21-də Laçın rayonu ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Təəssüf ki, Ermənistan tərəfindən işğal dövründə basdırılmış tank və piyada əleyhinə minaların dəqiq xəritələrinin verilməməsi bu cür ağır nəticələrə gətirib çıxarır:

Azərbaycanın sülh quruculuğu üçün zəruri olan addımları atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirdiyi postmüharibə dövründə Ermənistan tərəfinin insanların həyatı üçün birbaşa təhlükə yaradan bu laqeyd münasibətini qınayır, cinayətlərin törədilməsində məsul şəxslərin məsuliyyətə cəlb olunması, eyni zamanda Azərbaycan tərəfinə kompensasiya ödənilməsi ilə əlaqədar tədbirlər görməyə və bir daha beynəlxalq ictimaiyyəti bu mövzu ilə əlaqədar qəti çağırışlar etməyə səsləyirik".
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →