• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Rəşid Mahmudov deputatları “yıxıb sürüdü” - “Onların...”

Rəşid Mahmudov deputatları “yıxıb sürüdü” - “Onların...”

Tanınmış həkim, Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Milli Məclisin deputatlarının maaşlarının artırılmasını sərt tənqid edib.

R.Mahmudov bu addımın düzgün olmadığını bildirib:

“Deputatlar özlərinin pulunu artırmaq istəyir. Bu adımımın yanlış olduğunu düşünürəm. Bu deyiləsi dərd deyil. Onlar ayda 5 min manata yaxın maaş alırlar. Deputatların maaşının artırılmasına nə ehtiyac var? Onların yox, vətəndaşların əmək haqları artırılmalıdır. Millətin qeydinə qalmaq lazımdır. Yoxsa ki, qanun əllərindədir, qanuna dəyişiklik edib özlərinə gün ağlayırlar”.

Qeyd edək ki, "Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında" qanuna dəyişiklik edilir. Qanuna əsasən millət vəkillərinin maaşları artırılır. Dəyişikliyə görə, Milli Məclisin sədri 3550 manat miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.

Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.Manset.az
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →