• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Qusarda əmək yarmarkası keçirilib -

Qusarda əmək yarmarkası keçirilib -

Bu gün Qusarda əmək yarmarkası keçirilib.

Məlumata görə, əmək yarmarkasına 23 müəssisə tərəfindən 443-dən çox vakansiya işaxtaran və işsiz şəxslərə təqdim olunub. Vakansiya təqdim edən müəssisələrin 19-u özəl, 4-ü dövlət müəssisəsidir. İqtisadi fəaliyyət növünə görə, regionun əmək bazarının tələbatına uyğun olaraq istirahət əyləncə və incəsənət sahəsində fəaliyyət (turizm), kənd təsərrüfatı, əhaliyyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, emal, xidmət və istehsal sahələrini əhatə edib.
Vakansiyaların 91-i ali və orta ixtisas, 352-si orta və peşə təhsili tələb edən, 170-i regionun əmək bazarının tələbatına uğun olaraq bağban və bağ fəhləsi vakansiyalarıdır. Boş iş yerləri üzrə işəgötürənlər tərəfindən təklif edilən əməkhaqqı 300-2000 manat arasında dəyişir. Ən yüksək əməkhaqqı da regionun əmək bazarının tələbatına uyğun olaraq kənd təsərrüfatı, yəni bağçılıq və turizim sahələri üzrədir.

Belə ki, peşəkar baş aqronom vəzifəsi üzrə əməkhaqqı 1200-2000 manat arasında təklif edilib. Turizm sahəsidə olan vakansiyalar üzrə əməkhaqqı kadrların peşəkarlıq səviyyəsindən asılı olaraq 450-1200 manat arasında olub.

Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →