• 14:19 – Karateçimiz Hüseyn Məmmədli Rusiyada keçirilən beynəlxalq "Ak Bars Kuboku"nda mükafatçılar siyahısına düşüb 
  • 22:56 – Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk yarış günü keçirilib 
  • 21:00 – Rusiya enerji sektoruna buna görə zərbə endirir - Qaluşenko 
  • 20:30 – ŞƏHİD HƏSƏNQULU QASIMOV 

Göyçayda sahibkarlarla görüş keçirilib

Göyçayda sahibkarlarla görüş keçirilib

8 iyun 2022-ci il tarixdə Göyçay rayon “AzNar” QSC-nin inzibati binasında kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, “AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədov, Göyçay-Ağdaş KOB İnkişaf Mərkəzinin Göyçay üzrə nümayəndəliyi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Görüşdə İkram Vəliyev çıxış edərək ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətdən danışıb. Ölkəmizin digər rayonlarında olduğu kimi Göyçayda da son illər sahibkarlıq subyektlərinin nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini diqqətə çatdırıb.

İştirak edən sahibkarlara aqrar sahədə dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditlərindən istifadə imkanları, aqrar sahə üçün subsidiyalar və bu sahədəki yeniliklər, KOBİA-nın dəstək və xidmətləri barədə ətraflı məlumat verilib.

Sahibkarlar onları narahat edən problemləri səsləndiriblər və həlli yolları müzakirə olunub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →