• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

İmişlidə şəhid Cavid Səfərlinin xatirəsinə həsr olunmuş tədbir keçirildi

İmişlidə şəhid Cavid Səfərlinin xatirəsinə həsr olunmuş tədbir keçirildi

Ötən gün İmişli Rayon Mədəniyyət Mərkəzində şəhid baş leytenant Səfərli Cavid Xaliq oğluna həsr olunmuş “Azərbaycan oğluyam” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Elçin Rzayev şəhidimiz Cavidin şərəfli ömür yolundan danışıb. İcra başçısı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir.

Daha sonra şəhidimizin ailə üzvləri çıxış edib. Onlar övladlarının qəhrəmanlığı ilə fəxr etdiklərini bildiriblər və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.

Sonra Mədəniyyət işçilərinin ifalarında ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvər ruhda şeirlər söylənilib və “Qəhrəmanlıq yolu” adlı sənədli film nümayiş olunub.

Xatırladaq ki, düşmənə ağır zərbələr endirən Cavid Səfərli göstərdiyi şücaətlərə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →