• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər 2022– 2024-cü illərdə AMEA ilə birlikdə Nazirliyi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.

Bundan başqa, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərinin aerokosmik fotoşəkillərinin alınması və təhlili təmin ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Füzuli, Cəbrayıl və Ağdam rayonları ərazisinin geoekoloji, geokimyəvi və radiasiya şəraitinin öyrənilməsi də tapşırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →