• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

“Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə yol açdı”

“Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə yol açdı”

Bu gün Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib:

“Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq dövlətə, xalqa xidmətin nümunəsini görərik. Dövlətinin, xalqının gələcəyini düşünən Lider daim ölkəni irəli aparacaq. Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla baxan xalq tarixin sərt sınaqlarından şərəflə çıxacaq və möhtəşəm uğurlara imza atacaq. Azərbaycan xalqı dünyaya bu nümunəni də göstərdi. Belə ki, müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycana səriştəsiz, idarəçilik qabiliyyəti olmayan antimilli ünsürlərin rəhbərlik etməsi ölkədə xaosun, anarxiyanın, özbaşınalıqların, iqtisadi böhranın baş alıb getməsinə, torpaqlarımızın işğalına, vətəndaş qarşıdurmasının yaranmasına və müstəqilliyimizi itirmək təhlükəsini yaşamağımıza səbəb oldu. Belə bir çətin durumda xalq öz xilaskarına üz tutdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün çətinliklərdən xilas oldu, yeni Azərbaycan yaradıldı, müstəqilliyimizin daimiliyi, sarsılmazlığı təmin edildi”.

“Ümummilli Liderin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bir çağırış olmaqla yanaşı, eyni zamanda, hədəf, məqsəd idi. Bugünkü gerçəkliklərimiz, eyni zamanda, ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi bu fikrin də real həyatda təsdiqidir: “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcək” ,- deyə əlavə edib.

YAP Xətai rayon təşkilatının sədri Ümummilli Liderin xidmətləri sırasında hazırda sıralarında 800 minə yaxın üzvü birləşdirən, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd edib:

“Azərbaycanın müstəqilliyinin yenidən bərpasından sonrakı dövrə bələdçilik edən YAP daim dövlətə, xalqa xidməti fəaliyyətinin əsası kimi qəbul edib. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə partiyanın da həyatında yeni mərhələ başladı. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Tarixi Zəfərimizin reallıqları partiyada da yeniliklərə, təkmilləşməyə yol açdı. YAP monolit partiya olaraq daim qarşısına qoyduğu vəzifələrin uğurlu icrası istiqamətində səylər göstərir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →