• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Birinci sinif və bağçalara qəbulun vaxtı açıqlandı

Birinci sinif və bağçalara qəbulun vaxtı açıqlandı

“Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür. Yaxın zamanlarda valideynlər bu haqda Təhsil Nazirliyinin elanını görə biləcəklər. Qısa zamanda bu elan dərc olunacaq”.

Bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulun iyul ayında keçirilməsi planlaşdırılır: “Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verilməsi ilə bağlı proses müəyyən vaxt alıb. Çünki elektron sistemləri qurmaq və işlək vəziyyətə gətirmək üçün müəyyən vaxt lazımdır. Hazırda bu istiqamətdə işlər gedir”.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →