• 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:36 – Ölkədə 12 min məktəbliyə bu risklər barədə məlumat veriləcək 
  • 19:31 – “Crocus City Hall” terroru qurbanlarından 84 nəfərin kimliyi müəyyənləşdirilib 
  • 19:23 – 763-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi 

Postmüharibə dövrünün reallıqları - Regionun gündəliyini Azərbaycan diktə edir

Postmüharibə dövrünün reallıqları - Regionun gündəliyini Azərbaycan diktə edir

Prezident İlham Əliyevin Azərbaycanı regionda əsas söz sahibinə çevirən, Avropanın enerji xəritəsini dəyişən müdrik siyasəti və diplomatik gedişləri

Dünya çox narahat və mürəkkəb bir dönəmdən keçir. Planetimizin bugünkü mənzərəsinə nəzər salsaq, o qədər də xoş olmayan səhnələr görərik. İki ildən çoxdur davam edən pandemiya, zaman-zaman alovlanan münaqişə və müharibə ocaqları, iqlim dəyişikliyinin fəsadları, bir-birini əvəzləyən iqtisadi və humanitar böhranlar...

Sadaladığımız bu və digər qlobal risk faktorları fonunda Azərbaycanın son dörd ildə qət etdiyi uğur yolu daha cazibədar, daha möhtəşəm təsir bağışlayır.

İstər daxili, istərsə də xarici siyasət sferalarını əhatə edən bu uğur yoluna təkcə son dörd ilin prizmasından baxmaq düzgün olmazdı. Siyasət də canlı təbiət kimidir – bəhrəsini bəzən uzun illər gözləmək lazım gəlir. Dörd ildə baş verən tarixi hadisələri, qəbul olunan qərarları, inqilabi səciyyə daşıyan islahatları bir-bir sadalayası olsaq, buna vaxtımız yetməz. Odur ki, ən mühüm hadisələrin qısa icmalı ilə kifayətlənməyə məcburuq.

2018-ci il

29 may. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi oldu
12 iyun. TANAP qaz kəməri istifadəyə verildi
26 sentyabr. “Azerspace-2” peyki orbitə buraxıldı
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →