• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Azərbaycan İtaliyanın mühüm enerji tərəfdaşıdır - Xarici işlər naziri

Azərbaycan İtaliyanın mühüm enerji tərəfdaşıdır - Xarici işlər naziri

Azərbaycan İtaliyanın mühüm enerji tərəfdaşıdır.
Bunu İtaliyanın xarici işlər naziri Luici Di Maio ADA Universitetində “Azərbaycan-İtaliya: çoxşaxəli strateji tərəfdaşlığa gedən yol” adlı konfransda deyib.

Onun sözlərinə görə, qaz sahəsində əməkdaşlıq Azərbaycan və İtaliya arasında əlaqələrin çox mühüm hissəsinə çevrilib.

Nazir əlavə edib ki, bu gün təməli qoyulan İtaliya-Azərbaycan Universitetinin yaradılması sayəsində ölkələr arasında əlaqələr yeni səviyyəyə qalxacaq.

“Bugünkü mərasim Azərbaycan və İtaliya arasında möhkəm əlaqələrin daha bir təsdiqidir”, - deyə Luici Di Maio bildirib.

O, həmçinin əlavə edib ki, iki ölkə arasında akademik tərəfdaşlığın gücləndirilməsi vacibdir.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →