• 14:19 – Karateçimiz Hüseyn Məmmədli Rusiyada keçirilən beynəlxalq "Ak Bars Kuboku"nda mükafatçılar siyahısına düşüb 
  • 22:56 – Cüdo üzrə Bakı kəndləri birinciliyinin ilk yarış günü keçirilib 
  • 21:00 – Rusiya enerji sektoruna buna görə zərbə endirir - Qaluşenko 
  • 20:30 – ŞƏHİD HƏSƏNQULU QASIMOV 

Yaxın 2 gün ərzində temperatur yüksələcək

Yaxın 2 gün ərzində temperatur yüksələcək

Yaxın 2 gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, martın 26-sı saat 12:00-a olan məlumata əsasən dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər rayonlarda əsasən yağmursuz keçib.

Qar örtüyü tədricən əriyib və hal-hazırda belədir: Sarıbaşda (Qax) 55 sm, Lerikdə 52 sm, Altıağacda 29 sm, Ağdərədə (Ordubad) 26 sm, Yardımlıda 23 sm, Kişçay (Şəkidə) 14 sm, Xaltan, Daşkəsəndə 12 sm, Qrızda 11 sm, Göygöldə 6 sm-dir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →