• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Göyçayda qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub

 Göyçayda qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub
 Göyçayda qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub
 Göyçayda qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub

Göyçayda fərdi evdə qaz sızması nəticəsində baş verən partlayış yanğına səbəb olub.

Hadisə şəhərin Şakərəm Qurbanov küçəsi 12 ünvanında yerləşən evdə baş verib. Belə ki, İslam Əliyevə məxsus mənzilin suqızdırıcısında olan nasazlıq nəticəsində yaxın məsafədə yerləşən qaz sayğacında partlayış baş verib. Beş metr hündürlüyə qalxan alov evin çardaq hissəsində yanğına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə alovun qarşısı alınıb, ev yanğından mühafizə edilib. Küçənin qaz xəttində və sayğacda yaranan yanğının söndürülməsi üçün tədbirlər görülüb. Su şırnaqları vasitəsilə alovun yenidən evə keçməsinin qarşısı alınıb.

Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasının işçiləri partlayış zamanı qorxu və həyəcan keçirən insanlara tibbi yardım göstəriblər. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →