• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

Ağdam rayonunda ümumi məhsul buraxılışı 83,7 faiz artıb

 Ağdam rayonunda ümumi məhsul buraxılışı 83,7 faiz artıb

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Ağdam rayonunun da sosial- iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının inkişafı təmin edilib.

Ağdam rayon statistika idarəsindən bildirilib ki, rayon üzrə ötən il iqtisadiyyatın ümumiləşdirilmiş göstəricisi hesab olunan ümumi məhsul buraxılışı 325 milyon 816,9 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 83,7 faiz çoxdur.

Məhsul buraxılışının 141 milyon 897,3 min manatı aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. Bu dövrdə 23 milyon 690,9 min manatlıq sənaye məhsulu istehsal olunub, əsas kapitala 142 milyon 622,8 min manat investisiya qoyulub. Ümumi məhsulun 718,7 min manatı nəqliyyat və anbar təsərrüfatından,769,8 min manatı informasiya və rabitədən, 16 milyon 117,4 min manatı isə ticarət sektorundan əldə edilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →