• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib

2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib

Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması üçün 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub. “Sənaye ili”ndə muxtar respublikanın aidiyyəti dövlət qurumları və sahibkarlıq müəssisələri qarşısında mühüm vəzifələr durur.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 4-də Naxçıvan Biznes Mərkəzində muxtar respublika sahibkarları ilə görüşdə çıxışı zamanı bildirib.

Qeyd olunub ki, sənayenin uğurlu inkişafı da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Məhz bu səbəbdəndir ki, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizi özəl bölmənin payına düşür.

Diqqətə çatdırılıb ki, müstəqillik illərində muxtar respublikada özəl sektor üzrə 70 minə yaxın yeni iş yeri açılıb. Hazırda muxtar respublikada məşğul əhalinin 85 faizi özəl sektorda çalışır.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →