Sudanda toqquşmalarda ölənlərin sayı 800-ü ötdü

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən silahlı qarşıdurmalarda indiyədək 822 dinc sakin həyatını itirib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sudan Həkimlər Sindikatı məlumat yayıb.
Ölənlərlə yanaşı, 3 min 215 nəfərin də yaralandığı bildirilib.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı bundan öncə 602 nəfərin öldüyünü açıqlamışdı.