Antalya - Moskva uçuşları dayandırıldı?

Rusiyalı diplomatlar Antalya ilə Moskva arasında uçuşların dayandırılması ilə bağlı iddiaları təkzib ediblər.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bu məlumat həqiqətə uyğun deyil. Hava limanında gecikmələr Antalya hava limanında uçuş-enmə zolağında aparılan təmir işləri ilə bağlıdır. Dünən rusiyalı turistlərdən bizə yalnız bir zəng daxil olub, lakin nəticədə onların uçuşu cəmi 30 dəqiqə gecikib”, - məlumatda qeyd edilib.