Bu, BMT TŞ-nin iflasa uğramasının sübutudur - Sibiqa

Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi onun (BMT TŞ) tam iflasa uğramasının yekun sübutu olub.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müavini Andrey Sibiqa deyib.
“Rusiyanın BMT TŞ-yə sədrliyi dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsinə cavabdeh olan yeganə beynəlxalq orqanın bütün müasir arxitekturasına dair hökmdür. Həmçinin, onun tam iflasa uğramasının sübutudur”, - o bildirib.
Sibiqanın sözlərinə görə, dünya Təhlükəsizlik Şurasının köhnəlmiş prosedur qaydalarının girovu ola bilməz