AB-yə buna görə qoşulmalıyıq - Vuçiç

Serbiya Avropa dəyərlərinə tam sadiqdir, vətəndaşlarımızın daha yaxşı gələcəyi naminə Avropa Birliyinə qoşulmalıyıq.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
"Serbiya demokratik prinsiplərə və Avropa dəyərlərinə tam sadiqdir. AB-yə tam üzvlük bizim əsas prioritetlərimizdən və strateji hədəflərimizdən biri olaraq qalır", - Vuçiç qeyd edib.