348-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 348-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 382 təyyarəsi, 206 helikopteri, 3027 PUA-sı, 403 zenit-raket kompleksi, 7759 tank və digər zirehli texnikası, 1009 reaktiv yaylım atəş sistemi, 4012 artilleriya və minaatanı, 8276 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.