Bu, AB-nin prinsiplərinin üstündən xətt çəkir - Zaxarova

Ukrayna-AB sammitindən sonra Avropa rəsmilərinin bəyanatları AB-nin prinsiplərinin üstündən xətt çəkir.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, bir gün əvvəl keçirilən sammit bir daha təsdiqlədi ki, Rusiyanı zəiflətmək, ABŞ və NATO-nun istəklərinə xidmət etmək naminə AB Kiyevdəki neonasist rejimini ehtiyatsızcasına dəstəkləməkdə davam edir:
"Bu, AB-nin vaxtilə qurulduğu prinsipləri tamamilə kənara qoyur. Ölkələrin silah tədarükünə sərmayə qoyduğu və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlim proqramlarını genişləndirdiyi bir şəraitdə AB-nin sülh çağırışları ikiüzlülükdür”.