Xəbər lenti
Axtar
31 Oca 2023, 21:31   
    45
ABŞ-dan şok: Nüvə silahından istifadəyə hazırıq!

ABŞ Cənubi Koreyanı qorumaq üçün adi və nüvə silahlarından istifadə etməyə hazırdır.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin Seulda mətbuat konfransı zamanı deyib.

“Birləşmiş Ştatlar bütün müdafiə imkanlarına, o cümlədən bizim adi və nüvə imkanlarımıza, eləcə də raketdən müdafiəni özündə əks etdirən qarşını alma öhdəliyinə (KXDR) qətiyyətlə sadiqdir”, - deyə o bildirib.

Pentaqonun rəhbəri qeyd edib ki, son bir ildə Şimali Koreya görünməmiş sayda təxribatlar həyata keçirib.
loading...