
İsraildə Müdafiə Nazirliyinə məxsus hərbi bazada partlayış baş verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, partlayış nəticəsində bir əsgər ölüb, daha üç hərbçi ağır yaralanıb.
Hərbi polis hadisə ilə bağlı araşdırmalara başlayıb.