
Ruslar bu dəfə də Xersonda doğum evini vurdu
Rusiya hərbçiləri son sutka ərzində Xerson vilayətini 40 dəfə atəşə tutub.
XEBERTV.AZ xəbər verir ki, “RBK Ukrayna” məlumat verib.
Məlumata görə, ruslar Xersona çoxsaylı reaktiv yaylım atəşi, artilleriya, minaatan və tanklardan atəş açıblar. Hücum zamanı zavod və yaşayış binalarına ziyan dəyib, bir nəfər yaralanıb.
***
Rusiya Xerson şəhərinin mülki infrastrukturunu atəşə tutmaqda davam edir.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib.
Qeyd olunub ki, axşam saatlarında rus qoşunları doğum evinə zərbələr endirib:
“Möcüzəvi şəkildə düşmənin hücumu zamanı heç kim xəsarət almayıb, çünki hamı sığınacaqda idi”.
Axar.az