Oxot dənizində Rusiya gəmisi yanır

Oxot dənizində Rusiyaya məxsus “Sunfish” balıqçı gəmisində yanğın baş verib.
XEBERTV.AZ TASS-a istinadən xəbər verir ki, gəminin göyərtəsində 104 nəfər var.
İlkin məlumata görə, hadisədə xəsarət alan yoxdur, lakin yanğınla mübarizə davam etdirilir.