Xəbər lenti
Axtar
12 Kas 2022, 21:21   
    122

İranın yeni raketi İsrailə 4 dəqiqəyə çata bilər

İranın yeni hipersəs raketi Təl-Əvivə 4 dəqiqə ərzində çata bilər.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.

“Raket həm Yer atmosferində, həm də ondan kənarda yüksək sürət və manevr imkanına malikdir. Yeni raket bütün hava hücumundan müdafiə sistemlərini yarmaq imkanındadır və mən düşünmürəm ki, onu tutmağa qadir yeni texnologiya yaxın onilliklərdə yaradıla bilər. O, düşmənin raket əleyhinə sistemlərini vura bilir və onun istehsalı yeni nəsil raketlərin hazırlanmasında böyük sıçrayış deməkdir”, - SEPAH-ın Aerokosmik qüvvələrinin rəisi Əmir Əli Hacızadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yeni raket səsdən 5 dəfə artıq sürətlə uçur.
loading...