Xəbər lenti
Axtar
11 Kas 2022, 23:12   
    108

Paşinyandan sülh sazişi açıqlaması: İlin sonuna kimi...

Biz hər şeyi edəcəyik ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansın.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Sülh sazişi ilə bağlı bir neçə variant mövcuddur: məsələn, ümumi münasibətləri əks etdirən çərçivə sazişi imzalamaq... Əgər bu variant Azərbaycan üçün məqbuldursa, biz bu yolla gedəcəyik. Bildirmək istərdim ki, sülh sazişi qüvvəyə minənə kimi sərhədlərin demarkasiya və delimitasiyası baş tutmalıdır”, - deyə baş nazir bildirib.
loading...