Bayden Çin lideri ilə bu tarixdə görüşəcək

ABŞ Prezidenti Co Bayden noyabrın 14-də İndoneziyada "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində çinli həmkarı Si Szinpinlə görüşəcək.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyası məlumat yayıb.
Bayden Çinlə Ukrayna və KXDR ətrafında vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə etmək niyyətindədir.