Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • 13 Eyl 2022, 22:27   
        111

    Makron yenə İrəvanın adından danışır – “Özünü erməni kimi aparır”

    "Azərbaycanla danışmağa Makron yox, Ermənistan hazır olmalıdır".

    XEBERTV.AZ teleqraf.com-a istinadən bildirir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

    Ekspert Fransa Prezidenti Emmanuel Makronun Ermənistan və Azərbaycan arasında vasitəçi olmaq istəyinə diqqət çəkib:

    "Makron Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı Prezident İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirib. Bizə Fransanın danışıqlara hazır olması lazım deyil, Ermənistanın hazırlığına ehtiyacımız var. Ermənistan Azərbaycanla konstruktiv danışıqlara hazır olana qədər vəziyyətin növbəti gərginləşməsini istisna etmək olmaz. Bunu həm vasitəçilər, həm də özlərini onlar (erməni) kimi göstərməyə çalışanlar başa düşməlidir.

    Azərbaycan və Türkiyənin regionda artan nüfuzu fonunda Ermənistanın nə manevr meydanı, nə də hərbi resursları var.


    Ermənistan dörd ölkə - Azərbaycan, Türkiyə, İran və Gürcüstanla qonşudur, Fransa, ABŞ və ya Benilüks ölkələri deyil.

    Coğrafiya qonşular üçün həmişə çətin olub. Yolla gedərkən səhv xəritə və atlaslardan istifadə etdikdə, başqa bir şey gözləməyə ehtiyac yoxdur".

    Qeyd edək ki, bundan əvvəl mediada Fransanın Ermənistana görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırması barədə məlumat yayılıb. Eyni zamanda, Fransa Ermənistanın son təxribatlarına görə bu dəfə də Azərbaycanı günahlandırıb.

    Ermənistan gün ərzində dövlət sərhədinin bir neçə istiqamətində Azərbaycana qarşı təxribat törədib. Təxribata ordumuz tərəfindən adekvat cavab verilib.
    loading...