Xəbər lenti
Axtar
03 Eyl 2022, 22:45   
    132

Kadırovdan ŞOK AÇIQLAMA: "Qovulmamış vaxtım yetişib"

Çeçenistanın rəhbəri Ramzan Kadırov özünü Rusiyada vilayət qubernatorları arasında "ən uzun müddət işləyən başçı" adlandırıb və istefası barədə düşündüyünü bildirib.

XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, o bu barədə "Telegram" kanalında yayımladı videomüraciətində deyib.

"Bu gün bildim ki, mən, əslində, Rusiya Federasiyasının subyektinin ən uzun müddətdir vəzifədə olan rəhbəriyəm. Mən artıq 15 ildir respublikanı idarə edirəm. Düşünürəm ki, mənim qovulmamış vaxtım yetişib. Biz artıq bu barədə düşünməyə başlamışıq", - o, videoda deyib.

Kadırov videonun əvvəlində bildirib: "Açıq və uzun bir tətilə layiq olduğuma inanıram".

Hüseyn İbadlı
loading...