Xəbər lenti
Axtar
03 Eyl 2022, 22:43   
    134

Moskvadan Tehrana ZƏNG: Lavrov Abdullahian ilə razılığa gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə telefon danışığında gələcək yüksək səviyyəli və sammit görüşlərinin cədvəlini müzakirə edib.

XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Nazirlər gələcək yüksək səviyyəli görüş və sammitin qrafiklərini sinxronlaşdırıblar", - nazirlikdən bildiriblər.

Qeyd edib ki, görüşdə iki yüksək səviyyəli diplomat 31 avqust 2022-ci ildə Moskvada xarici işlər nazirləri arasında keçirilən danışıqların razılaşmalarının davamı olaraq ikitərəfli əməkdaşlığın aktual məsələlərinə toxunub.

"Nazirlər beynəlxalq və regional məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
loading...