Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir planetin ulduz tərəfindən udulması qeydə alındı - İLK DƏFƏ - FOTO
  • İnstaqramdan çoxdan gözlənilən yenilik
  • 2018-ci ildə hansı bürclər daha çox qazanacaq? - SİYAHI
  • Prezident hansı məmurların işdən çıxarılacağını açıqladı
  • 2120-ci ildən gəldiyini iddia edən şəxs hamını təəccübləndirdi - Bircə fotoyla
  • Həyəcan təbili: Azərbaycanlıların bədbəxtliyinin günahkarı kimdir?
  • İyulda hava necə olacaq? - AYLIQ PROQNOZ
  • Bakı “Leopard” tanklarının istehsalçıları ilə danışıqlara başladı
  • Nazirlikdən xəbərdarlıq: açıq havada çox qalmayın - Risk
  • Erməni qadından Aprel döyüşləri haqda şok: 15 əsgəri...
  • Misirin məğlubiyyətinə dözmədi, ürəyi partladı
  • Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...
  • Cinayətləri azaltmağın yolu həbsxanaları çoxaltmaq deyil
  • “Instagram”dan yenilik – VİDEO
  • Adlar və soyadlar ilə bağlı qanun layihələrinin taleyi necə olacaq?
  • Yollarda ölümə səbəb olan arakəsmələr - Video
  • Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü
  • Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə
  • "​1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ
  • Vacib tövsiyyələr: İldırımdan necə qorunmalı? – Video
  • Şəkidə çobanı ildırım vurdu
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • 06 Haz 2015, 17:09   
        304
    Dünyada qeydiyyatdan keçən domenlərin sayı 300 milyona yaxınlaşır


    “Verisign” şirkəti tərəfindən hazırlanan domen sənayesinin inkişafına dair hesabata (Domain Name Industry Brief) görə, 2014-cü ilin dördüncü rübündə internetə dörd milyon domen adı əlavə olunub. Artım ötən ilin üçüncü rübünə nisbətdə 1,3 faiz təşkil edib.

    İKT.lent.az-ın məlumatına görə, 31 dekabr 2014-cü ilə olan vəziyyətə əsasən dünyada domenlərin ümumi sayı 288 milyon olub. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz yüksəlib. İllik hesablamada yeni domenlərin artımı 2013-cü ildə 18,5 milyon ad və ya 7,3 faiz, 2012-ci ildə 26,6 milyon və ya 11,8 faiz yüksəlib. 2014-cü ilin dördüncü rübündə “.com” və “.net” qeydiyyatçılarının ümumi bazası 130,6 milyon domen adı təşkil edib (115,6 milyon “.com” və 15 milyon “.net”). İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə olunub, lakin 2012-2011-ci illərdə müvafiq olaraq 8 və 7,9 milyon təşkil edib.

    Qeydiyyata alınan adların sayına görə ən böyük domen zonalarının vəziyyəti üçüncü rüblə müqayisədə cüzi dəyişib. Belə ki, “.nl” (Niderland) domeni “.info” domeninin ən böyük domenlərin aşağı pilləsinə enməsi nəticəsində onuncu yerdən doqquzuncuya düşüb.

    Yüksək səviyyəli 10 ən böyük domendən (TLD) “.tk” (Tokelau) yüksək artım nümayiş etdirib (rüblük hesablamada 4 faiz). Yüksək səviyyəli ən böyük domenlərin bütün qeydiyyatdan keçmiş domenlərdə payı 67,2 faiz təşkil edir. 2014-cü ilin dördüncü rübünün sonunda özək zonasında 478 yeni domen qeydiyyatdan keçib ki, bunun da 65-i həmin ilin dördüncü rübündə verilib. Yeni yüksək səviyyəli domenlərdə qeydiyyatın sayı 3,6 milyon və ya ümumi qeydiyyat sayının 2,3 faizini təşkil edib.

    XEBERTV.AZ
    loading...