Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: "Zelenskiyə qarşı 5 dəfə sui-qəsd cəhdi olub"

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: Zelenskiyə qarşı 5 dəfə sui-qəsd cəhdi olub
"Müharibə başlayandan indiyədək Ukrayna Prezidenti Volodimir Zelenskini beş dəfə öldürməyə cəhd ediblər".
XEBERTV.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
Danilovun sözlərinə görə, onların hamısı fevralın sonu, martın əvvəllərində törədilib.
Eyni zamanda, Danilov sui-qəsd cəhdlərinin təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl polis Ukrayna rəhbərliyinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb.