Xəbər lenti
Axtar
12 May 2022, 21:55   
    154
Reznikovdan CİDDİ NARAZILIQ: "Süründürməçiliyin hər günü qanımızla ölçülür"

Reznikovdan CİDDİ NARAZILIQ: "Süründürməçiliyin hər günü qanımızla ölçülür"

12 İyun 2022 21:55

Ukraynada gedən şiddətli döyüşlərə baxmayaraq, Qərb siyasətçilərinin və mediasının Ukrayna ordusunun çətinliklərinə marağını itirməsindən və müəyyən rahatlama hissindən narazıyıq".

XEBERTV.AZ xəbər verir ki, bunu Ukrayna Müdafiə naziri Oleksiy Reznikov Britaniyanın "The Economist" jurnalına müsahibəsində deyib.

"Ya dünya nə baş verdiyini tam anlamır, ya da mükəmməl başa düşür, amma yorğundur və ukraynalıların hər gün öldüyü fikrini qəbul etməyə hazırdır.

Bizə tez kömək lazımdır, çünki süründürməçiliyin hər günü ukraynalıların qanı ilə ölçülür.

Mən başa düşürəm ki, yorğunluq orqanizmin stresə təbii psixoloji reaksiyasıdır. Siyasətçilərin öz qayğıları var, daxili problemləri düşünməlidirlər. Liderlərin nəticələr barədə düşünmək məsuliyyəti var.

Qərbin bürokratiyası və praqmatizmi Qərb dəyərlərindən qat-qat güclü olduğunu sübut etdi", - nazir qeyd edib.

Publika.az
loading...