Ruslar humanitar dəhlizlə Mariupola girməyə cəhd ediblər

Ruslar humanitar dəhlizlə Mariupola girməyə cəhd ediblər
Rusiya hərbçiləri Mariupolda yaradılan humanitar dəhlizdən istifadə edərək şəhərə soxulmağa cəhd ediblər.
XEBERTV.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.
“Rus işğalçıları mülki əhali üçün təşkil olunmuş yaşıl dəhlizdən istifadə edərək şəhərə soxulmağa cəhd etməklə, mühasirəyə alınmış Mariupolu tərk etməyə çalışan dinc sakinlərin həyatına real təhlükə yaratmaqla bir daha öz alçaqlığını nümayiş etdirdi”, - məlumatda deyilir.