Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 19 Eki 2021, 18:01   
        121


    Rusiya Qarabağ müharibəsində baş verənlərdən narahat olub yeni raket üzərində işə başladı

    Rusiya Qarabağ müharibəsində baş verənlərdən narahat olub yeni raket üzərində işə başladı
    Rusiyanın “Rostex” dövlət korporasiyası mənzili uzadılmış yeni daşınan zenit-raket komplekslərinin yaradılması üzərində işə başlayıb.
    BAKI-XEBERTV.AZ
    Yeni silah piyada bölmələrinə hava hədəflərini böyük yüksəkliklərdə məhv etməyə imkan verəcək.



    Korporasiyanın mühəndislərinin işləyib hazırladığı daşınan zenit-raket kompleksi hədəfi 10 kilometrə qədər məsafədən vura bilər, bu isə Rusiya ordusunun silahlanmasında yer alan indiki daşınan raket komplekslərindən xeyli çoxdur. Atəş mənzilinin artırılması ilə yanaşı yeni silah yüksək dəqiqliyə də malik olacaq. Ən azından “Rostex”ə daxil olan “Maşınqayırma” konstruktor bürosunun ixrac-idxal idarəsinin rəisi Aleksandr Romanyuk belə deyir.



    Yeni kompleks əsasən pilotsuz uçan aparatlar və kamikadze-dronlara qarşı mübarizə üçün nəzərdə tutulur. “RİA Novosti” qeyd edir ki, Suriya və Qarabağdakı müharibələrin təcrübəsi bu cür hədəflərin vertolyotların, təyyarələrin və qanadlı raketlərin vurulması üçün nəzərdə tutulan zenit-raket kompleksləri ilə vurulmasının mürəkkəb olduğunu göstərib. Yeni daşınan zenit-raket kompleksinin texniki xüsusiyyətləri, onun görkəmi və digər məlumatlar hələ açıqlanmır. “Rostex” heç yeni silahın adını da açıqlamayıb, amma təxminlərə görə, yeni kompleks “Metka” adlana bilər.



    Qeyd edək ki, Azərbaycan ordusunun Qarabağda apardığı döyüşlərin təcrübəsini müharibənin başa çatmasından dərhal sonra Rusiya və ABŞ-da daxil olmaqla dünyanın aparıcı ölkələrində araşdırmağa başlayıblar. Bir çox ölkələr bu təcrübəni nəzərə alaraq silahlanma konsepsiyasına dəyişiklik ediblər, daha çox PUA-lara və kamikadze-dronlara üstünlük verməyə başlayıblar. 44 günlük müharibə zamanı Azərbaycan ordusu kamikadze-dronlarla və “Bayraktar TB2” zərbə PUA-ları ilə düşmənin çoxsaylı zenit-raket komplekslərini, o cümlədən S-300 zenit-raket komplekslərini məhv etmişdi. O cümlədən təyinatı PUA-lara qarşı mübarizə olan radioelektron mübarizə sistemlərinin özləri də dronlara hədəf olmuşdu. Bütün bu silahların hamısı Rusiya istehsalı idi...(virtualaz.org)
    loading...