
Batanı xarabalığa çevirən partlayış: 98 ölü, 615 yaralı...
Ekvatorial Qvineyanın Bata şəhərində ötən gün baş verən partlayışda ölənlərin sayı 30 nəfərə çatıb.
XEBERTV.AZ xəbər verir ki, bu barədə məlumatı "AhoraEg" portalı yayıb. Məlumata görə, şəhərdəki yaşayış binalarının yararsız hala düşdüyü güclü partlayışda yaralıların sayı 500 nəfəri ötüb.
Qeyd edək ki, ötən gün Bata şəhərində ardıcıl güclü partlayışlar baş verib.
***
Ekvatorial Qvineyanın Bata şəhərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 98-ə, yaralıların sayı isə ən azı 615-ə çatıb.Axar.az