Bill Qeyts yenə bədbin danışdı: Xeyli insan öləcək

“Maykrosoft”un banisi, milyarder Bill Qeyts bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, B.Qeyt bəşəriyyəti yeni təbii kataklizmlərin gözlədiyini bildirib.
"Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq", - iş adamı deyib.
O, iqlim dəyişikliyini və bioterrorizmi böyük təhlükə adlandırıb.
“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər", - “Maykrosoft”un qurucusu bildirib.