Almaniya müdafiə xərclərini rekord həddə çatdırdı

Almaniya hökuməti bu il müdafiə xərclərini rekord - 53,03 milyard avroya çatdırmaq niyyətindədir ki, bu da keçən ildəkindən 3,2% çoxdur.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir bu barədə Almaniyanın NATO-ya təqdim etdiyi sənəddə deyilir.
“NATO ümid edir ki, Almaniya kimi ölkələr tərəfindən xərclərin artırılması, ittifaqın yükünün ədalətli bölüşdürülməsini tələb edən ABŞ-la fikir ayrılıqlarının həllinə kömək edəcək”- deyə sənəddə bildirilib.
Qeyd edək ki, 2020-ci ildə Almaniyanın müdafiə xərcləri 51,39 milyard avro olub. Bu, ÜDM-nin 1,57% -ni təşkil edib.