Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • 24 Oca 2021, 21:14   
        75




    Rusiyadakı aksiyalarda 300 min insan iştirak edib

    Yanvarın 23-də Rusiyanın müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyalarında iştirak edənlərin sayı 250-300 min nəfər təşkil edib.

    XEBERTV.AZ Hit.az-a istinadən xəbər verir ki, bunu siyasətçinin qərargah şəbəkələrinin rəhbəri Leonid Volkov deyib.

    Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov Moskvada 50 mindən çox insanın razılaşdırılmamış aksiyaya çıxdığını deyib. Reuters agentliyi isə Moskvadakı etiraz aksiyasında 40 min nəfərin oduğunu yazıb. RF Daxili İşlər Nazirliyinin məlumatına görə, Moskvada cəmi 4 min insan aksiyalara qoşulub.

    "Bəyaz sayğac" layihəsinin koordinatoru Dmitri Nesterov "Açıq Mediya"ya verdiyi açıqlamada, şəxsi qiymətləndirməsinə görə, Puşkinskaya meydanındakı nümayişdə bütövlükdə 20 mindən çox insanın iştirak etdiyini deyib. Nesterov onu da vurğulayıb ki, aksiya zamanı "Ağ sayğac" layihəsi hesablamalar aparmayıb. O, 23 yanvar etirazlarını Rusiyada keçirilən son illərin ən kütləvi razılaşdırılmamış aksiyası adlandırıb.

    Yanvarın 23-də Rusiyanın paytaxt Moskva da daxil olmaqla müxtəlif bölgələrində Aleksey Navalnıya dəstək aksiyaları keçirilib. "OVD-Info"-ya görə, razılaşdırılmamış aksiya zamanı 3 mindən çox insan güc strukturları tərəfindən saxlanılıb. Onlardan 1320 nəfəri Moskvada, 490-ı isə Peterburqda saxlanılıb.

    Aksiyalardan sonra Rusiya Federasiyası İstintaq Komitəsi Moskvada, Sankt-Peterburqda və Vladivostokda polis məmurlarına qarşı zorakılıqla əlaqədar cinayət işləri və yetkinlik yaşına çatmayanların qanunsuz hərəkətlərə qarışması ilə bağlı iş qaldırıb. Bundan əlavə, Moskvada xuliqanlıq və əmlaka qəsdən ziyan vurma maddələri ilə də cinayət işləri açılıb.

    Xatırladaq ki, yanvarın 17-də Berlindən Moskvaya dönən A.Navalnı 30 gün müddətinə həbs olunub. Qeyd olunur ki, məhkəmə müxalifətçinin "İv Roşe" işi üzrə şərti cəzasının həqiqi cəza ilə əvəz olunması məsələsinə də baxacaq.
    loading...