
Türkiyə sahilində batan gəmi Ukraynanındır, amma... - Video
Qara dənizin Türkiyə sahillərində “Arvin” yük gəmisi batıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, dəqiqləşdirilmiş məlumata görə, “Arvin” gəmisinin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.
Rusiya mediası da gəminin Ukraynaya məxsus olduğu, amma heyət üzvləri arasında 2 Rusiya vətəndaşının olduğunu yazıb.
Türkiyə Sahil Təhlükəsizlik Xidməti dərhal hadisə yerinə xilasedicilər göndərib. İlkin məlumata görə, heyət üzvlərindən 6 nəfər xilas edilib, 4 nəfər isə ölüb.
Gəmidə 12 heyət üzvünün (10 ukraynalı, 2 rus) olduğu ehtimal edilir (bəzi mənbələrə görə 15 nəfər olub).
Ukrayna XİN xilas edilən 6 nəfərdən 5-nin ukraynalı, birinin isə “xarici vətəndaş” (güman ki, rusiyalı – red.) olduğunu təsdiqləyib.
Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, ilk yayılan məlumatda gəminin Rusiyaya məxsus olduğu bildirilmişdi.