Xəbər lenti
Axtar
13 Oca 2021, 13:45   
    42

Gürcüstanda koronavirusa yoluxanların sayı 243 mini keçib

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 618 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

XEBERTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 243 255, ölənlərin sayı isə 2 846 nəfərə çatıb.

Virusa yoluxanlardan 227 611 nəfərin sağaldığı bildirilir.
loading...